AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov deyir ki, ''Azparking'' mobil tətbiqinin yenilənmiş versiyasında qeydiyyat prosesi sadələşdirilib, gündəlik istifadə üçün yeni funksiyalar aktivləşdirilib. Tətbiqdə xəritə əsaslı istifadə imkanları da genişləndirilib.
AYNA rəsmisi deyir ki, bu yeniliklər istifadəçilərdən daxil olan müraciətlər və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb. Tətbiq üzərində sonradan ödəniş, yəni parklanmanı sonlandıranda, 15 dəqiqə, 1-və 15 saatlıq parklanma rejmini seçmək mümkündür. Sonradan ödəniş istisina edilməklə, digər vaxt seçimi zamanı ödəniş dərhal çıxır. O ki, qaldı 1 və ya iki saatlıq müddət seçminə bu əvvəlki kimi tənzimlənir. Yəni vaxt bitdikdə onu təkrar yeniləmək lazımdır. Hətta, bunu bildirən sms də tətbiq vasitəsi ilə sürücünü xəbərdar edir.











































