"AzTelekom" MMC-dən oğurluq edildi

"AzTelekom" MMC-dən oğurluq edildi
SOSİAL
17:26 07.03.2016
2172
Bakı Şəhər Telefon Rabitə İstehsalat Birliyi və "AzTelekom" MMC-yə məxsus quyulardan oğurluq edilib.
AZXEBER.COM  DİN-in saytına istinadən bildirir ki, Baş Cinayət-Axtarış İdarəsi və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Bakı şəhər Telefon Rabitə İstehsalat Birliyi və "AzTelekom" MMC-yə məxsus quyulardan 600 metr kabel oğurlayan Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə, Xəlil Cabbarov və Əvəz Talıbov tutulublar.
OXŞAR XƏBƏRLƏR