AzTV-dən jurnalistlərin minaya düşməsi ilə bağlı - BƏYANAT

AzTV-dən jurnalistlərin minaya düşməsi ilə bağlı - BƏYANAT
MEDIA
13:57 04.06.2021
414
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti bu gün Kəlbəcərdə jurnalistlərin tank əleyhinə minaya düşməsi ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM-a daxil olan məlumatda qeyd edilir ki, işğaldan azad olunmuş bölgələrimizdə artıq bir müddətdir ki, Azərbaycan Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın bir qrup əməkdaşı çəkilişlər aparır.

Məqsəd Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və tarixi abidələrini darmadağın edərək yol verdiyi vandalizmi dünyaya göstərmək və sənədləşdirməkdir.

Bu gün həmin qrupu növbəti çəkiliş üçün Kəlbəcərin Susuzluq kəndinə aparan avtobus hərəkət olan yolda tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər. Onların arasında Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov da var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik!

Bu hadisə düşmənin mülki şəxslərə qarşı törətdiyi amansız cinayətlərin daha bir nümunəsidir. Bu, eyni zamanda media nümayəndələrinin işğaldan azad olunan ərazilərimizdə faəliyyətinə qarşı yönəlmiş terror aktıdır. Ermənistan tərəfinin Kəlbəcərdən öz qoşunlarını çaxararkən minalar basdırmasının nəticəsidir.

Bu günə qədər mülki şəxslər, o cümlədən peşə fəaliyyətini həyata keçirən jurnalistlər minaların qurbanı olurlar. Beynəlxalq media təsisatlarına, jurnalistlərin hüquqlarını qoruyan təşkilatlara müraciət edərək onlar tərəfindən həmrəylik nümayiş etdirilməsinə və Ermənistandan mina xəritələrini gizlədərək mülki insanları hədəf alan siyasətə son qoymağı tələb etməyə çağırırıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər