"Azxəbər" ilə Özbəkistanın nüfuzlu media qurumu arasında memorandum imzalandı - FOTO

"Azxəbər" ilə Özbəkistanın nüfuzlu media qurumu arasında memorandum imzalandı - FOTO
MEDIA
15:52 28.09.2023
208
Özbəkistan və Azərbaycan  media sahələrində uzunmüddətli tərəfdaşlardır.

AZXEBER.COM xəbər verir ki, dövlətlər arasında dostluq və qardaşlıq əlaqələri yenidən möhkəmlənib.

26 sentyabr 2023-cü il tarixində "Editor.az”ın rəhbəri Fərid Şahbazlı, "Azxeber.com”un baş redaktoru Hacıbəy Heydərli, "Azxeber.com”un baş direktoru Əfsələddin Ağalarovun iştirakı ilə dostluq görüşü keçirilib.

"Azxeber.com” Özbəkistanın nüfuzlu media holdinqlərindən olan "Darakchi.uz” ilə birgə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bundan sonra Azərbaycan həqiqətləri Özbəkistanda daha da çox təbliğ ediləcək.

 

 

 


OXŞAR XƏBƏRLƏR