AZXEBER.COM portalı başa çatmaqda olan ildə Azərbaycan üçün ən böyük əhəmiyyət kəsb edən hadisəni müəyyənləşdirməyə çalışıb.
Bunun üçün portalın rəsmi “Facebook” səhifəsində sorğu keçirilib. 79 min nəfərin bəyəndiyi səhifədə istifadəçilərə “Sizcə 2012-ci ildə Azərbaycan üçün ən əhəmiyyətli hadisə hansı oldu?” sualı verilib. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti Ramil Səfərovun Azərbaycana qayıtmasını ölkəmiz üçün ilin ən vacib hadisəsi sayıb. Sorğuda cəmi 864 nəfər iştirak edib:
1. Ramil Səfərovun Azərbaycana qayıtması – 68 %
2. “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi – 8 %
3. Elşad Abdullayevin “Youtube”də yayımladığı videolar – 5 %