AZXEBER.COM 'Eurovision-2012'nin ikinci yarımfinalını canlı yayımlayacaq
MEDİA
20:14 24.05.2012
2090
Bu gün “Eurovision-2012”nin ikinci yarımfinalı keçiriləcək.AZXEBER.COM portalı “Eurovision 2012″ müsabiqəsinin ikinci yarımfinalını İTV-yə istinadən canlı yayımlayacaq. ikinci yarımfinal saat 00:00-dan 02:00-dək davam edəcək. Qeyd edək ki, birinci yarımfinal da AZXEBER.COM-da canlı yayımlanmışdı. Avropa tamaşaçıları və münsiflər 18 iştirakçı arasından finalda mübarizəni davam etdirəcək 10 ən yaxşı ifaçını müəyyənləşdirməlidirlər. Tamaşaçı və münsiflərin nəticəyə təsiri 50/50 prinsipi üzrədir. Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər.İkinci yarımfinalın iştirakçıları arasında müsabiqənin xeyli favoriti var. Onlardan biri – isveçli müğənni Lorin bukmeker reytinqlərində birinci yeri tutur. O, jürnalistlər və fanatlar arasında keçirilən səsvermədə də ikinci yarımfinalın lideridir. Lorin bu gün “Baku Crystal Hall”ın səhnəsinə “Euphoria” (“Eyforiya”) mahnısı ilə çıxacaq. Bu mahnı İsveçin müsiqi çartlarında birinci yerdədir.Finala çıxmaq üçün ən real namizədlərdən biri də Serbiyalı Zeljko Yoksimoviçdir. O, “Eurovision” mahnı müsabiqəsində ikinci dəfədir iştirak edir. İlk dəfə 2004-cü ildə yarışmaya qatılan müğənni ikinci yeri tutmuşdu. Zeljko Yoksimoviç bu gün özünün bəstələdiyi “Nije Ljubav Stvar” mahnısını təqdim edəcək.İkinci yarımfinalın başqa bir favoritləri – ukraynalı Qaytana sözləri və müsiqisi özünə aid “Be My Guest” (“Qonağım ol”), Btkfrus qrupu “Litesound” “We Are The Heroes” (“Biz qəhrəmanıq”) mahnılarını ifa edəcəklər. Bir çox musiqi tənqidçiləri Türkiyə təmsilçisi Can Bonomonun finala keçəcəyini proqnozlaşdırırlar.İkinci yarımfinalda Makedoniya, Niderland, Malta, Portuqaliya, Bolqarıstan, Sloveniya, Xorvatiya, Gürcüstan, Gstoniya, Slovakiya, Bosniya və Hersoqovina, Litva təmsilçiləri də çıxış edəcəklər.