AZXEBER.COM-u bəyənənlərin sayı rekord həddə çatdı - ‘Biz artıq 300 min olduq’ (FOTOFAKT)

AZXEBER.COM-u bəyənənlərin sayı rekord həddə çatdı - ‘Biz artıq 300 min olduq’ (FOTOFAKT)
MEDİA
14:12 20.10.2014
2023

AZXEBER.COM informasiya portalının rəsmi “facebook” səhifəsini bəyənənlərin sayı 300 min nəfəri ötüb.

2010-cu ildən gündəlik fəaliyyəti ilə ölkədə özünəməxsus oxucu kütləsi yığan AZXEBER.COM portalı sosial şəbəkələrdəki aktivliyini artırmağa davam edir. Portal yarandığı gündən sosial şəbəkələrdən istifadə edən oxucuların daha rahat və daha tez informasiya əldə etməsi üçün çalışmış və öz “facebook” səhifəsini istifadəçilərə təqdim etmişdir.

4 ildir ki, informasiyaları həm portal vasitəsi ilə, həm də rəsmi səhifə vasitəsi ilə oxucularına təqdim edən portalın “facebook” səhifəsini bəyənənlərin sayı 300 mini ötüb. Bu rəqəmlə AZXEBER.COM Azərbaycandilli xəbər portalları arasında öz liderliyini qoruyub saxlaya bildi.

Onu da əlavə edək ki, səhifədə olan istifadəçilər real istifadəçilərdir və səhifəyə əlavə heç bir proqram yüklənməyib. 

Bizi seçən və bizi biz edən 300 min istifadəçinin hər birinə təşəkkür edirik. 

OXŞAR XƏBƏRLƏR