Azyaşlı uşaq anasının üzüyünü uddu - FOTO

MARAQLI
19:50 05.05.2020
2047

Türkiyənin Sivas şəhərində azyaşlı uşaq üzük udub.

"HaberGlobal” məlumat verir ki, bir yaşlı körpənin anasının təkqaş üzüyünü udmasını anlayan valideynləri onu xəstəxanaya aparıblar.

Uşağı müayinə edən həkim onların evə gedərək üzüyün təbii yolla çıxmasını gözləmələrini məsləhət bilib.

 

Üzük altı gündən sonra təbii yolla çıxıb.

Belə hala tez-tez rast gəldiyini deyən uşaq cərrahı Mahmud Aluç valideynlərə qusma və ya anormal vəziyyət baş verərsə, mütləq xəstəxanaya müraciət etmələrini tövsiyə edib.

Həkim qeyd edib ki, uşaqların əlləri çatan yerlərə bu kimi əşyalar qoyulmamalıdır. Onun sözlərinə görə, bəzən uşaqlar yuyucu toz, kimyəvi maddələr də udurlar. Bu zaman müalicə çətin olur.



 

OXŞAR XƏBƏRLƏR