Sumqayıt şəhərində qətl törədilib. 18-ci mikrorayon ərazisində baş vermiş hadisə zamanı qayın özündən yaşca böyük olan yeznəsini bıçaqla qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini, 1986-cı il təvəllüdlü Fəttayev Qalib Mirvarat oğlu Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.İlkin dindirilmə zamanı Qalib Fəttayev bacısının əri, özündən 10 yaş böyük olan 1976-cı il təvəllüdlü İsmayılov Sahib Milinyaz oğlunu ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində öldürdüyünü deyib. Daha doğrusu, Sahib İsmayılovun öz həyat yoldaşından, yəni Qalibin bacısından boşanmaq istəməsi onun xoşuna gəlməyib.