Ölkəmizin ən köklü brendlərindən olan Badamlı 75 illik yubileyi münasibətilə öz muzeyini yaradır. Bu muzeyin özəlliyi ondan ibarətdir ki, burada sizin də iziniz ola bilər.
AZXEBER.COM xəbər verir ki, muzeyə keçmişdən qalan Badamlıya aid foto, butulka, qapaq və üzərində qədim Badamlı loqosu əks olunan istənilən əşyanı təqdim edə bilərsiniz.
Bağışlayacağınız qədimi Badamlı məhsullarına aid uyğun olan əşyalar həmin muzeydə sərgilənəcək. Badamlı üçün böyük tarixi əhəmiyyətə sahib olacaq bu əşyaların qarşılığında sizi hədiyyələr gözləyir.
Əlaqə üçün Badamlının rəsmi sosial şəbəkə səhifələrinə və aşağıdakı nömrələrə yaza bilərsiniz!
Əlaqə üçün:
*1947
Whatsapp: (055) 505 19 47
Facebook: https://www.facebook.com/Badamli1947/
Qeyd edək ki, 1947-ci ildən bəri kiçikdən böyüyə hər kəsin dilində əzbər olan Badamlı suları müasir dövrümüzdə də Azərbaycanın su bazarında ən çox sevilən brendlərdən biridir.
Tarixi Badamlı 2020-ci ilin əvvəllərində ən müasir texnologiya ilə təchiz olunmuş yeni istehsal fabrikini istifadəyə verdi. Bu fabrik regionun ən çox günlük istehsal potensialına malikdir.