Bakıda 10 yaşlı uşaq avtobusların arasında qaldı

Bakıda 10 yaşlı uşaq avtobusların arasında qaldı
Bütün Xəbərlər
14:53 20.06.2011
1825

Paytaxtın Binəqədi rayonunda sərnişin avtobusları azyaşlı uşağın ölümünə səbəb olub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, faciəli hadisə iyunun 19-u saat 13 radələrində Binəqədi qəsəbəsi Mərkəz küçəsində baş verib.

Qəsəbə sakini 10 yaşlı Firdovsi Quliyev Gəncə şəhər sakini İlham Poladovun idarə etdiyi 285 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı avtobusla, Sumqayıt şəhər sakini Mehbalı Əsədovun idarə etdiyi 165 saylı marşrut üzrə hərəkət edən “İveko-Otoyol” avtobusunun arasında qalıb. Ağır xəsarət almış F.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb

 

OXŞAR XƏBƏRLƏR