Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polisi İdarəsindən verilən məlumata görə, hadisə mayın 31-i saat 23:50 radələrində Lökbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Rövşən Səfərov Qulu Abbasova döş qəfəsindən bıçaqla xəsarət yetirib. Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Səfərov saxlanılıb.
Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.
***
Rayon Polis İdarəsinin 10-cu polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bıçaqlanan 28 yaşlı Qulu Atamoğlan oğlu Abbasov 1-ci qurup əlildir. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Q. Abbasov subaydır.
48 yaşlı Rövşən Səfərov isə ailəlidir, əvvəllər məhkumluğu olmayıb.