Bakının Nizami rayonunda bayram gecəsi qan tökülüb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanvarın 1-nə keçən gecə saat 00:30 radələrində Şərur rayon sakini 49 yaşlı İdris Məhərrəmov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.Xəstəxanadan polisə daxil olmuş məlumat əsasında hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib. Yaralı İdris Məhərrəmov xəstəxanada polis əməkdaşalarını yaşadığı binanın qarşısında naməlum şəxstər təfinddən bıçaqlandığını bildirib. Onun ifadəsi polis əməkdaşlarında şübhə yaratdığında yaralının yaşadığı Naxçıvanski küçəsi 40, mənzil 40-na baxış keçirilib. İdris Məhərrəmovun yalanın üstü də elə bundan sonra açılıb. Evi qan içində görən polis əməkdaşları bunun səbəbini ailə üszvlərindən soruşublar. Bundan sonra onlar İdrisin naməlum şəxslər tərəfindən deyil, özünü bıçaqla yaraladığını etiraf ediblər.Yalnız bundan sonra yalan danışamağın yersiz olduğunun görən İ.Məhərrəmov başına gələnləri polisə belə izah edib: "Gecə ailə üzvlərimlə bayram süfrəsi arxasında yeyib-içdik. Bundan sonra ailə üzvlərinin hərəkəti əsəblərimə toxundu. Elə buna da əsəbləşərək bıçağı qarnıma soxdum".
Faktla bağlı araşdırma aparılır. //milli.az