Bakıda dəhşətli yol qəzası: 1 nəfər öldü, 5 nəfər xəsarət aldı

Bütün Xəbərlər
08:05 25.04.2011
1753

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə Qala-Türkan yolunda qeydə alınıb. Abşeron rayon sakini Qəhrəman Abdiyevin idarə etdiyi «Azsamand» markalı avtomobil, Türkan qəsəbə sakini Xan Əliyevin idarə etdiyi «QAZ-2410» markalı avtomobillə toqquşub.

Nəticədə, «Azsamand»ın sərnişini Bəylər Əkbərov hadisə yerində ölüb, digər sərnişin İlqar Bədəlov və sürücü Q. Abdiyev, həmçinin, «QAZ-2410» markalı avtomobilin sürücüsü X.Əliyev və sərnişinlər Şakir Əmrahovla Qorxmaz İbadov xəsarət alıblar.

OXŞAR XƏBƏRLƏR