Rayon Polis İdarəsindən verilən məlumata görə, “VAZ-2103” markalı avtomobil aşıb. Avtomobil aşdıqdan sonra yanacaq çəni partlayıb və yanğın olub. Avtomobildə olan bir qadın və bir kişi yanaraq külə dönüblər. Onların şəxsiyyətini dəqiqləşdirmək mümkün olmasa da, avtomobilin Nəcəf Əliyevə məxsus olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır. //milli.az