Bakıda nənəsinin evindən 14 min oğurlayan nəvə tutulub

Bütün Xəbərlər
13:01 07.02.2011
2094

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Binəqədi rayon sakini Şahnaz Məmmədovanın evindən 14 min manat pul oğurlanıb. Naməlum şəxs evin qapısını sındıraraq, mənzildəki pulu aparıb.

Aparılan araşdırmalar nəticəsində oğurluğun Ş.Məmmədovanın nəvəsi Natiq Məmmədov tərəfindən törədildiyi məlum olub. N.Məmmədov yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb.

 

OXŞAR XƏBƏRLƏR