Bakıdakı tarixi yaşayış binaları hərraca çıxarıla bilər

Bakıdakı tarixi yaşayış binaları hərraca çıxarıla bilər
Bütün Xəbərlər
18:14 08.01.2011
1759

“Böyük Bakının Regional İnkişaf Planı” Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı bildirib ki, memarların əksəriyyətinin dəstəklədiyi təklifə əsasən, həmin binalardakı mənzillərin hərraca çıxarılması, yeni sakinlər tərəfindən abadlaşdırılması şərti ilə, hərracda satılması nəzərdə tutulur. Həmin mənzillərin indiki sakinlərinin isə başqa ərazilərdə evlərlə təmin olunması təklif edilir.

N.Eldarlı bildirib ki, əsas məqsəd həmin binaların tamamilə abadlaşdırılmasıdır: “Bunlar sovet dövrünün nəticələridir ki, belə bahalı - mərkəzi ərazilərdə yerləşən binalarda imkansız insanlar yaşayırlar. Nəticəsi də odur ki, həmin adamlar bu tarixi binalara baxa bilmirlər. Bəzi binaların sakinləri hətta evin girişini lazımi səliqədə saxlaya bilmir və nəticədə həmin memarlıq abidələri sökülür, halbuki bu Bakının tarixidir. Ona görə də həmin şəxslər ya kifayət qədər kompensasiya ödəməklə, ya da uyğun mənzillə təmin olunmaqla başqa yerə köçürülməlidir. Evdən çıxmaq istəməyənlərin qarşısına isə bu binaların abadlaşdırılması, yaxşı vəziyyətdə saxlanması ilə bağlı sərt tələblər qoyulmalıdır. Binaları yaxşı vəziyyətdə saxlamaq üçün başqa yol yoxdur - bu, bütün dünyanın praktikasıdır”.

Təkliflərdə tarixi və memarlıq abidələrinin arasında yerləşən daxmaların sökülərək onların yerində sağlam, yüksək keyfiyyətli memarlığa malik, küçələrin siluetini (hündürlüyünü) pozmadan yeni binaların tikilməsi də nəzərdə tutulur.

Bakıya turistlərin marağının artırılması üçün digər təklif hazırda paytaxtın Nərimanov və Azərbaycan prospektləri arasındakı ərazidə yerləşən yaşayış binalarının da abadlaşdırılması və həmin ərazinin Bakının tarixi mərkəzi olan İçərişəhərin ətrafına birləşdirilməsidir: “Bu ərazilərdəki binaların 50%-dən çoxu qiymətli və tarixi binalardır”. //APA

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
15:34 28.04.2025
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
15:24 28.04.2025
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
15:22 28.04.2025
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər