"Bakıelektrikşəbəkə"nin 11 əməkdaşı işdən çıxarıdı

Bütün Xəbərlər
09:35 03.02.2011
2092


“Bakıelektrikşəbəkə”dən verilən məlumata görə, cəmiyyətin idarə heyətinin sədri B.Rzayev çıxışında Prezident İlham Əliyevin tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb. O, mərkəzi və yerli strukturlarda abonentlərin haqlı narazılıqlarına səbəb olan mövcud neqativ halların, o cümlədən vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün ciddi tədbirlər görülməsinə dair konkret göstərişlər verib. 

Sədr daha sonra abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarından daxil olan şikayətlər üzrə operativ tədbirlərin görülməsi məqsədi ilə tədbirlər planının hazırlandığını bildirib, fasiləsiz fəaliyyət göstərən "qaynar xətt"in təşkil edildiyi, neqativ hallara dair daxil olan şikayətlərə baxılması və nöqsanlara yol vermiş hər bir əməkdaş barəsində qanunamüvafiq ölçü götürəcəyini xüsusi vurğulayıb. Eyni zamanda, qeyd edib ki, tədbirlər planının icrası nəzarətdə saxlanılmalı, istehlakçıların qəbulu işi təkmilləşdirilməli, işçilərin peşəkarlığı artırılmalı, "qaynar xətt"in əhatə dairəsi genişləndirilməli, eləcə də ictimaiyyətin bu barədə məlumatlandırılması işi qurumun rəsmi internet səhifəsində yerləşdirilməli və daim yeniləşdirilməlidir. 

Çıxışda qeyd olunub ki, son bir ildə istehlakçılardan daxil olan şikayətlər əsasında əmək və xidmət intizamının pozulması hallarına yol vermiş 2 əməkdaş barəsində materiallar hüquq-mühafizə orqanlarına göndərilib, 11 nəfər tutduğu vəzifələrdən azad edilib, 184 əməkdaş barəsində əmək qanunvericiliyində nəzərdə tutulan digər intizam tənbehi tədbirləri görülüb.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR