Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev ANS PRESS-ə açıqlamasında faktı təsdiq edib. Qadının kimliyi və özünü nə səbəbdən yandırması barədə isə hələlik məlumat yoxdur. Rauf Nağıyevin sözlərinə görə, hazırda həkim briqadası hadisə yerində zərərçəkənə yardım göstərir. Qadının həyatı üçün təhlükənin olub-olmadığı bilinmir.
Əraziyə baxan Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsindən ANS PRESS-ə onlarda bu barədə məlumat olmadığı bildirildi. Ans Press