Yanvarın 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yağıntılı olacağı, sulu qara, axşama doğru bəzi yerlərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-4° isti olacaq.
Yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-4° isti təşkil edəcək.
Sabah şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qarın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Yanvarın 19-20-də yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. 20-də gündüz bəzi yerlərdə tədricən kəslicək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta müşahidə ediləcək.
Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli enməsi ilə soyuq diskomfort şərait olacaq ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.