‘Bakcell’ ‘Prado’ hədiyyə edərək əhalini necə aldadır? - OXUCU MƏKTUBU

‘Bakcell’ ‘Prado’ hədiyyə edərək əhalini necə aldadır? - OXUCU MƏKTUBU
Bütün Xəbərlər
12:25 11.12.2012
4729

Abonent mobil rabitə operatorlarından şikayətlənir.

AZXEBER.COM-un məlumatına görə, Elxan adlı oxucunun Milli.az-a ünvanladığı məktubda deyilir ki, “Bakcell” şirkəti ilə “Novomedia” MMC arasında SMS vasitəsi ilə uduş kampaniyasının keçirilməsi ilə bağlı müqavilə imzalanıb.  Telefonun balansından xəbərin olmadan pul silinməyə başlayır. Balansdan pullar heç kimə məlum olmayan “Toyota Prado” maşını uduşu lotereyası üçün, özü də pullar balans sıfıra enənə qədər çıxılır. “Sonra isə SMS vasitəsi ilə tövsiyə olunur ki, oyunda iştirak etmək üçün balansa pul yüklənilsin. Sonradan bu proses məni bezdirdi və həmin psevdolotereyadan yaxa qurtarmaq istədim. “Baksel”ə zəng vuranda isə dedilər ki, onların bu məsələyə aidiyyatları yoxdur və məsələni dəqiqləşdirmək üçün 541-46-68 və ya 541-47-11 nömrəsinə zəng vurmağı məsləhət gördülər. Öyrəndim ki, bu telefon nömrələri "Novomedia" MMC-yə məxsusdur. Lakin telefon zənglərimə cavab verilmir” - deyə məktubda deyilir. Şirkətin media ilə əlaqələr üzrə baş mütəxəssisi Süheylə Cəfərova milli.Az-a açıqlamasında abunəçinin balansından məbləğ çıxmasını onun hər hansı kampaniyaya qoşulması ilə əsaslandırdı. Onun sözlərinə görə, əgər abunəçi hər hansı kampaniyada iştirak etmək üçün nömrəsini aktivləşdirmirsə, onun balansından mənbləğ çıxıla bilməz. “Abunəçi bu cür kampaniyalara qoşulur və bundan sonra qiymətlər barəsində də xəbərdarlıq mesajı alır. Bu cür xidmətlər “Bakcel” yox, xüsusi provayderlər tərəfindən həyata keçirilir. Bu xidməti deaktiv etmək üçün isə yenə provayderə müraciət olunmalıdır. Bunun üçün qısa kodlar abunəçiyə göndərilir. Abunəçi həmin qısa kodlara sms göndərməklə hər hansı xidməti dayandıra bilər. Bu halda abunəçi 2992 koduna iki sms göndərməlidr, birincidə "Dayan", ikincidə isə "Stop" yazılmalıdır, hər iki sms pulsuzdur. Aşağıdakı telefonlara gəldikdə isə onlar işlək nömrələrdir. Görünür, abunəçi zəng edən vaxt xətt məşğul olub və növbəti zəngi etmək istəməyib. Amma bütün kampaniyalardan deaktivasiya olunmaq üçün müxtəlif qısa kodlar olur və abunəçi istədiyi vaxt o kodlara sms göndərməklə iştirakını dayandıra bilər. Bu halda dediyim ki, kod 2992-dir” - deyə S.Cəfərova əlavə edib. S.Cəfərova qeyd etdi ki, şikayət edən abonent noyabrın 16-da sms göndərib və kampaniyaya qoşulub. Kampaniyaya qoşulmaq haqqından artıq (29 qəp) bir dəfə sms göndərib və balansından 0,59 qəpik çıxılıb. Əks təqdirdə, onun balansından məbləğ çıxıla bilməzdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq