Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edildi

Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edildi
İQTİSADİYYAT
12:22 12.10.2021
395
Bakcell şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən "Qızıl” İanə sertifikatı ilə təltif olunub.  

"Qızıl” İanə Sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən "Bakcell”in baş icraçı direktoru Rainer Rathgeberə təqdim edilib. Qeyd edək ki, Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin də daxil olduğu "NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Bakcell eyni zamanda işğaldan azad olunmuş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulmasını həyata keçirməklə Qarabağda bərpa işlərinə öz töhfəsini verir. Şirkətin baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlər aparır.

Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində müxtəlif sosial layihə və təşəbbüslərinin həyata keçirilməsini davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verdi
17:32 26.08.2026
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
17:30 26.08.2026
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
17:26 26.08.2026
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:17 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
17:15 26.08.2026
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
17:11 26.08.2026
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
17:08 26.08.2026
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
16:58 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
16:53 26.08.2026
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski