'Bakcell'in növbəti fırıldağı: 'Əla CİN'lə zənglər niyə qırılır? - ARAŞDIRMA

Bütün Xəbərlər
18:16 19.12.2012
6434

AZXEBER.COM-un verdiyi məlumata görə, bir çox “Bakcell” abunəçiləri “Əla CİN” tarifinə keçdikdən sonra müəyyən problemlərlə qarşılaşdığını bildirib.

Belə ki, onlar telefon zənglərinin bir çox hallarda qeyri-müəyyən şəkildə qırılmasından şikayət edir. Maraqlı məqam isə budur ki, belə hallar qısa zənglər zamanı yox, daha uzun müddət – 15-20 dəqiqə danışdıqdan sonra baş verir. Beləliklə, 7 qəpik müqabilində 1 saat danışmaq istəyən abunəçi, bu qırılmalar ucbatından daha çox xərcə düşməli olur.

Bu arada sözügedən tarif haqda qısa məlumat vermək yerinə düşər. Bildiyimiz kimi, “Əla CİN” tarifinə əsasən, “Bakcell” abunəçiləri şəbəkədaxili zənglərin 1 saatına görə cəmi 7 qəpik ödəyirlər. Zəng intervalı isə 1 saatdır. Yəni, istifadəçi başqa bir “cin” nömrə ilə telefon bağlantısı qurduqda 1 saniyə, 1 dəqiqə və ya 1 saat danışmasından asılı olmayaraq balansından 0.07 AZN çıxılır. 1 saatın tamamında isə zəng avtomatik olaraq dayandırılır. Beləliklə, “Əla CİN” tarifindən istifadə etdikdə, qısa müddətli zənglər “Bakcell”ə, uzun zənglər isə istifadəçiyə sərf edir.

Məsələ ilə bağlı “Bakcell”in müştəri xidmətlərinə müraciət etdikdə maraqlı cavab aldıq: Zənglər şəbəkədəki problemlərə görə qırılır. Başqa vaxt şəbəkə probleminin olduğunu hər fürsətdə inkar edən şirkət üzvlərinin indi belə açıqlama verməsini özünüz dəyərləndirin.

 “Əla CİN” tarifi ilə bağlı daha bir məqamı xatırladaq. İlk vaxtlar bu tariflə edilən zənglər 10 saniyəyə qədər davam etdikdə balansdan 2 qəpik, 10 saniyədən 1 saata qədər olduqda isə 7 qəpik çıxılırdı. Lakin sonradan bu qayda ləğv olundu və zəngin dəyəri müddətindən asılı olmayaraq 7 qəpik oldu (təbii ki, 1 saatdan çox olmamaqla). Bir çox “Bakcell” istifadəçiləri bu dəyişiklik haqda onlara məlumat verilməməsi səbəbindən anlaşmazlıqla qarşılaşıb.

Qeyd edək ki, məsələ araşdırılarkən “Bakcell” abunəçilərinin rəyindən istifadə edilib. AZXEBER.COM olaraq qarşı tərəfin də fikrini yayımlamağa hazırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
16:20 27.08.2025
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
16:15 27.08.2025
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
16:14 27.08.2025
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
Sabah üç rayonda qaz olmayacaq
16:13 27.08.2025
Sabah üç rayonda qaz olmayacaq
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
16:04 27.08.2025
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
16:01 27.08.2025
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Məşhur cütlük boşandı
15:58 27.08.2025
Məşhur cütlük boşandı
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
15:55 27.08.2025
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
15:41 27.08.2025
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
15:38 27.08.2025
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
15:34 27.08.2025
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
15:32 27.08.2025
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
15:29 27.08.2025
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
15:27 27.08.2025
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı