‘Bakı 2020’də daha bir yenilik

‘Bakı 2020’də daha bir yenilik
GƏNCLİK
13:20 06.04.2012
2340

Bu həftə Bakı 2020 Təşkilat Komitəsi canlı video-konfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin ekspertlər qrupuna Bakının namizədliyinin təqdimatını keçirdilər.

Təşkilat komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, bu ilin May ayında 2020 Olimpiya Oyunlarına 5 iddiaçı şəhər arasında rəsmi namizədlərin seçilməsi üçün BOK-un tələbinə uyğun olaraq Təşkilat Komitələrindən müvafiq təqdimatlar tələb olunurdu. Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi üçün təşkil edilən belə təqdimat BOK tərəfindən ilk dəfə tətbiq edilir.

Bakı, Doha, İstanbul, Madrid və Tokio şəhərlərinin Təşkilat Komitələrinin hər biri 15 dəqiqəərzində canlı video-konfrans vasitəsiləərizə kitablarının texniki cəhətləri haqqında ətraflı məlumat, 30 dəqiqəərzində isə BOK tərəfindən qaldırılan suallara cavab verməli idilər.

Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun rəhbərliyi ilə Bakı 2020-nin texniki təqdimatı üçün təşkil edilən heyətdə Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva, Mədəniyyət və Turizm Nazirinin Müavini Nazim Səmədov, AFFA-nın Baş Katibi Elxan Məmmədov, ARDNŞ-in Layihələrin İdarəedilməsi şöbəsinin müdiri Elməddin Dadaşov və Bakı-2020 ekspertlər qrupunun üzvü Devrim Kara iştirak edirdilər.

Təqdimatın uğurlu keçdiyini qeyd edən Nazir A. Rəhimov bildirmişdir: “Mütəxəssislərimiz yüksək səviyyəli təqdimat hazırlamışdılar və deyə bilərəm ki, Beynəlxalq Olimpiya Komitəsinin Ekspertlər Qrupu təqdimatımızı çox müsbət qarşıladı. Qarşımızda duran növbəti geniş təqdimat isə Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçiriləcək Baş Assambleyasında baş tutacaq. 1000 nəfərin iştirak edəcəyi həmin toplantıda Təşkilat Komitəmiz 10 dəqiqəlik təqdimat edəcək.”

BOK-un qaydalarına əsasən texniki təqdimatın məzmunu məxvi saxlanılır.

Şəkilaltı yazı: Bakı-2020 texniki təqdimat heyəti, soldan sağa: Nazim Səmədov,Elxan Məmmədov,Könül Nurullayeva, Azad Rəhimov,Devrim Kara və Elməddin Dadaşov 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb