“Bakı Ağ şəhər”in təməl daşı qoyuldu

“Bakı Ağ şəhər”in təməl daşı qoyuldu
MARAQLI
22:49 24.12.2011
2854

Prezident yeni salınacaq “Ağ şəhər”in təməl daşının qoyulmasında iştirak etmək üçün Bakının Xətai rayonuna gəlib

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak ediblər. AZXEBER.COM-un məlumatına görə, dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə yeni salınacaq “Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmək üçün Bakının Xətai rayonuna gəliblər. “Bakı Ağ şəhər” layihəsi üzrə görülən və görüləcək işlər barədə prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq. “Bakı Ağ şəhər”də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaq. Layihənin planı ilə tanışlıqdan sonra dövlət başçısı təmizlənmiş ərazilərə baxıb, burada görülmüş işlərlə yerində tanış olub. Qeyd edilib ki, bu ərazidə yeni yaşayış binalarının inşa olunması üçün hazırlıq işləri aparılır. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yarasız vəziyyətdə idi. “Bakı Ağ şəhər” layihəsi Azərbaycan prezidenti İlham Əliyevin xüsusi Fərmanı ilə təsdiq olunub. Layihənin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak ediblər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır. Ərazi ilə yaxından tanış olan dövlətimizin başçısı “Ağ şəhər”in rəmzi təməl daşının üzərindən örtüyü götürüb. Sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazidə ağac əkdilər. Dövlət başçısı mərasimdə çıxış edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR