Bakı-Astara yolunda qəza: 1 nəfər öldü

Bakı-Astara yolunda qəza: 1 nəfər öldü
Bütün Xəbərlər
08:13 10.08.2012
943

Gecə Bakı-Astara magistral yolunun 80-cı kilometrliyində Qaradağ rayonu Ələt qəsəbəsində iki yük maşının toqquşması faciə ilə nəticələnib. Qəza zamanı Masallı rayon sakini Məmmədov Siyavuş Qəhrəman oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Mazər Əliyevə məxsus eyni markalı avtomaşın toqquşub. Hadisədən sonra sürücü Siyavuş Məmmədov baş naşiyyəsindən ağır xəsarətlər aldığından o, dünyasını dəyişib. Qəzadan əvvəl isə yük maşınları eyni istiqamətdə üzü paytaxta doğru hərəkətdə olublar. Hadisə isə Siyavuş Məmmədovun avtomaşını digər yük maşının qoşqusuna çırpası səbəbindən qeydə alınıb.

Qəza barədə məlumat daxil olan kimi Baş Dövlət Yol polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib. Şahid ifadələri alındıqdan sonra hadisə yerində araşdırmalar aparılıb. Hadisə yerində olan yol patrul xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, yol nəqliyyat hadisəsinin dünyasını dəyişən yük avtomaşının sürücüsünün sükan arxasında anidən yuxulaması səbəbindən baş verdiyi də istisna edilmir. Buna baxmayaraq avtoqəzanın dəqiq baş səbəblərinin müəyyən edilməsi üçün baş dövlət yol polis idarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlaılıb, istintaq gedir.

//anspress

OXŞAR XƏBƏRLƏR