Bakı Avtovağzalında yanğın

Bakı Avtovağzalında yanğın
Bütün Xəbərlər
13:25 03.04.2012
1335
Bu gün səhər saat 10:30 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən kafelərdən birində yanğın baş verib. 
ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın baş verən kafenin ərazisi 12 kvadrat metrdir. Hadisə yerinə 1 yanğınsöndürən maşın yollanıb. Lakin yanğınsöndürənlər çatana qədər yanğın ərazidəki adamlar tərəfindən söndürülüb və digər obyektlərə keçməsinin qarşısı alınıb.Yanğın nəticəsində xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Lakin kafedə olan məişət əşyaları və ərzaq yanıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR