Anspress xəbər verir ki, Səbail rayonunda 23 yaşlı gənc naməlum şəxslər tərəfindən bıçaqlanıb. Milli park ərazisində baş vermiş qanlı hadisə zamanıQurbanov Süleyman Yusif oğlubıçaq xəsarəti alaraq 1 saylı xəstəxanaya çatdırılıb. Yaralı üzərində cərrahi əməliyyat aparılıb. Həkimlərin səyi sayəsində Qurbanovun həyatını xilas etmək mümkün olub. Artıq hadisə ilə əlaqədar Səbail rayon polis idarəsinin əməkdaşlarına məlumat verilib. İşi araşdıran idarənin istintaq şöbəsinin müstəntiqiRaqib Şərifovbildirib ki, ağır əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən yaralının ifadəsini almaq mümkün olmadığından hadisənin təfərrüatları və onun kim tərəfindən törədilməsi barədə hələlik heç bir məlumat əldə edilməyib. Əldə olunan məlumat yalnız qanlı hadisənin Milli park ərazisində baş verməsi ilə bağlıdır. Bunu isə Süleyman Qurbanovu xəstəxanaya gətirən hadisə şahidləri həkimlərə bildiriblər. Faktla bağlı artıq cinayət işi başlanılıb. İstintaq davam edir.