Bakı bulvarında möhtəşəm yenilik

Bakı bulvarında möhtəşəm yenilik
Bütün Xəbərlər
12:02 22.04.2013
2776

Dünyanın bir sıra ölkələrində istirahət parklarında qaçış zolaqları var.

Bu zolaqlarda idman edənlər həm özləri sərbəst olur, həm də parkda istirahət edənlərə mane olmurlar.

Azərbaycanın ən böyük parkı hesab olunan bulvar paytaxt sakinlərinin idman etmək üçün üz tutuduğu məkandır. Günün istənilən vaxtında bulvar ərazisində qaçan adamlara rast gəlinir. Amma nədənsə bulvarda qaçış zolağı yoxdur.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, bulvarda velosipedçilərə zolaq salınsa da, qaçan insanlar üçün ayrıca xətt yoxdur. Onlar bulvarın birinci hesab olunan dənizə yaxın xəttində sərbəst qaça bilərlər. Həmin şəxslərə mane olan yoxdur.

Rəis müavini idmansevərlərə şad xəbər çatdırdı: “Səhərlər bulvarda idmanla, trenajorla məşğul olanlar, turnikdə sallananlar üçün bulvarın yeni salınan hissələrindən birində idman meydançasının salınması planlaşdırılır. Bu meydançanın nə vaxt salınacağını demək çətindir. Bilmirəm bu, bir və ya 5 aya olacaq. Müəyyən problemlər var. Meydança üçün yerin seçilməsi, avadanlıqların alınması, qurulmasına vaxt və maddi vəsait lazımdır”.

N.Məcidov qeyd etdi ki, idman meydançasının bulvarın hansı hissəsində salınmasından danışmaq tezdir. Meydança bulvarın Bayıl və ya Zığ istiqamətinə uzadılan hissələrindən birində olacaq.//milli.az

OXŞAR XƏBƏRLƏR