Bakı Jurnalistika Məktəbi tələbə qəbuluna başlayır

Bakı Jurnalistika Məktəbi tələbə qəbuluna başlayır
MEDİA
02:13 10.09.2011
3387
Bakı Jurnalistika Məktəbi (BJM) 3 aylıq “Trimedia kursları”na öyrənçi qəbuluna başlayır. Kursa qatılanlar TV, radio və çap mediası üçün xəbər və xəbərdəntörəmə materiallar hazırlamağı öyrənəcəklər. Təlimlər kamera və videomontaj dərslərini, səsyazma texnikasından yararlanmağı və səs montajını, ictimai olaylardan fotoreportajlar çəkilməsini əhatə edəcək. Trimedia vərdişlərinə yiyələnmək kursu bitirənlərə ənənəvi media sahələri ilə yanaşı, İnternet mediasında da çalışmaq imkanı verəcək.Qəbul müsabiqə yolu ilə aparılacaq. Kurslara qatılmaq arzusunda olanlar sentyabrın 20-dək şəxsiyyət vəsiqələrinin surətini, qısa bioqrafiyalarını (CV-lərini) və niyə jurnalist olmaq istədikləri barədə maksimum 1 kompyuter səhifəsi həcmində yazılı düşüncələrini BJM-ə təqdim edə və ya aşağıdakı e-maila göndərə bilərlər.Məşğələlər oktyabrın 1-də başlanacaq. Daha dolğun bilgilər üçün bu telefon və elektron poçta üz tuta bilərsiniz:E-mail: [email protected]/* */
OXŞAR XƏBƏRLƏR