Bakının küçələrindən birində lüks sinfindən olan super avtomobil görünüb.
AZXEBER.COM xəbər verir ki, həmin avtomobilin fotosunu day.az saytına oxuculardan biri göndərib. "Lamborghini Gallardo" model avtomobilin dövlət qeydiyyat nişanından da görünür ki, Gürcüstandan gəlib. Maşın Bakının otellərindən birinin qarşısında park edilib.
AZXEBER.COM-un əldə etdiyi məlumatına görə, sözügedən avtomobil yüksək ranqlı məmurlardan birinin övladlarına məxsusdur. Mənbənin sözlərinə görə, avtomobil yeni Bakıya gətirildiyi üçün, ona dövlət nişanı hələlik vurulmayıb. Avtomobilin hansı məmur övladına aid olması ilə bağlı araşdırmalarımız davam edir.
Qeyd edək ki, bu avtomobilin qiyməti 350 min dollara yaxındır. Avtomobilin istehsalına 2003-cü ildən başlanılıb. Bu günə qədər cəmi 1300 ədəd belə avtomobil buraxılıb. Avtomobilin 10 silindirli mühərriki 560 at gücünə malikdir.
