Bakı Metropoliteni rəhbərliyi sərnişinlərdən üzr istədi

Bakı Metropoliteni rəhbərliyi sərnişinlərdən üzr istədi
Bütün Xəbərlər
12:39 24.04.2013
3196
Bakı Metropoliteni bu gün qataraların hərəkətində baş verən problemlə bağlı məlumat yayıb. 
Metropolitendən AZXEBER.COM-a verilən məlumata görə, bu gün saat 07:34 dəqiqədə "Koroğlu" stansiyasının 2-ci yolunda 4 saylı marşrutla hərəkət edən sərnişin qatarında texniki nasazlıq baş verib.Sərnişinlər qatardan boşaldılıb, nasaz qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılaraq, "Nərimanov" elektrik deposuna göndərilib. 21 dəqiqədən sonra metropolitenin xətlərində qatarların normal hərəkəti bərpa olunub.Yaranmış narahatlığa görə Bakı Metropoliteni sərnişinlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR