Metropolitendən AZXEBER.COM-a verilən məlumata görə, bu gün saat 07:34 dəqiqədə "Koroğlu" stansiyasının 2-ci yolunda 4 saylı marşrutla hərəkət edən sərnişin qatarında texniki nasazlıq baş verib.Sərnişinlər qatardan boşaldılıb, nasaz qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılaraq, "Nərimanov" elektrik deposuna göndərilib. 21 dəqiqədən sonra metropolitenin xətlərində qatarların normal hərəkəti bərpa olunub.Yaranmış narahatlığa görə Bakı Metropoliteni sərnişinlərdən üzr istəyir.