Bakı metrosunda bu günə qədər belə şey olmamışdı - VİDEO
Bütün Xəbərlər
12:05 20.02.2013
5441
Əslində hər şeyFilthy Frank adlı gəncin çəkdiyi adi bir videodan başladı.Filthy Frank çəkdiyi əyləncəli videoları öz Youtube kanalında yerləşdirir. O müxtəlif mövzulara əyləncəli yanaşır, oynayır, gülür, kimlərəsə lağ edir...İnterneti bürüyən Harlem Shake-in nə olduğuna gəldikdə isə, bu haqda baş sındırmağa, nəsə bir məna axtarmağa heç bir gərək yoxdur.Bəlkə də Harlem Shake videosuna yazılan bir şərh kimi hər şeyi izah edir:Hər şey ələncə üçün.Amerikalı musiqiçi Baauer-in ifa etdiyi Harlem Shake adlı mahnının fonunda dəlicəsinə rəqs edən insanları istədikləri hərəkətləri edirlər... Rəqs bir nəfərin oynamasıyla başlayır, sonradan hər kəs əcaib hərəkətlər etməyə başlayır.
Çəkilən videoların uzunluğusa maksimum 30 saniyə olur.Harlem Shake-in Gangnam Style-a cavab olduğunu iddia edənlər də az deyil. İnternet ekspertlərisə düşünürlər ki, internetdə nəyin, nə zaman trend olacağını demək çox çətindir.Fevralın əvvəllərində yayılan ilkHarlem Shake rəqs videosuna ümumilikdə 50 milyona yaxın baxış var.Rəqs edənlərəsə dünyanın hər tərəfindən qoşulublar. /// Azadlıq radiosuBakı metrosunda daHarlem Shake çəkilib: