Bakı metrosunda çılpaq aksiya keçirilə bilərmi? - MÜNASİBƏT

GƏNCLİK
17:14 10.01.2012
3788

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinin Levent metrostansiyasında qeyri-adi aksiya keçirilib. 150-dən çox gənc "Metroda Şalvarsız gəzək” adlı flaşmob keçiriblər. Aksiyanı İstanbul sakinləri maraq və təəcüblə qarşılayıblar.

Bəs görəsən, analoji aksiya Azərbaycanda da keçirilə bilərmi? AZXEBER.COM portalı məsələylə bağlı "Flaşmob Azərbaycan”ın rəhbərlərindən olan Samir Qədirova müraciət edib.

Samir Qədirov deyib ki, Azərbaycan cəmiyyəti bu tip aksiyalara hazır deyil: “Azərbaycan cəmiyyəti bu tip flaşmoblara hazır deyil. Hələ ki, bizdə hər hansısa bir metrostansiyada yarıçılpaq aksiya baş tuta bilməz. Azərbaycanı Türkiyə ilə müqayisə etmək düzgün deyil. Faktdır ki, Türkiyə daha çox Avropaya inteqrasiya olunub. Amma istisna deyil ki, Azərbaycanda da nə vaxtsa belə aksiyalar keçirilə bilər”.

Samir həmçinin qeyd edib ki, İstanbulda baş tutan flaşmobda təşkilatçılar istəylərinə nail olublar: “Bu aksiyanın sosial mesajı yox idi, bu sadəcə insanları təəcübləndirmək məqsədi güdürdü və əminliklə deyə bilərəm ki, təşkilatçılar buna nail oldular”.

OXŞAR XƏBƏRLƏR