Sərnişinlər hissə-hissə içəri buraxılır.
“Bakı Metropoliteni”nin 20 Yanvar stansiyasında sıxlıq yaşanıb.AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu gün sərnişinlər metroya girmək üçün qapıda gözləməli olublar.
Metroya giriş üçün təyin olunan qapıların birindən başqa hamısı qapalı olub. Bunun da nəticəsində metronun giriş hissəsində böyük basabas yaranıb.
“Bakı Metropoliteni” ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verdiyi açıqlamasında bildirib ki, metroda heç bir problem yoxdur:
“Sadəcə sərnişin sıxlığı var. Təhlükəsizlik tədbirlərilə əlaqədar sərnişin axınını nizamlamaq üçün tədbirlər görülür. Metronun içində sıxlıq yaranmaması üçün sərnişinlər hissə-hissə içəri buraxılır”.
Elvin Əhmədov