Bakı metrosunda gördüklərim - KÖŞƏ

Bakı metrosunda gördüklərim - KÖŞƏ
KÖŞƏ
13:50 30.05.2012
3638

Qoşqar AbbasBizim Metro...

Hər səhər eyni sözləri eşidirsən... “bir az mehriban olun, hamı getmək istəyir və nələr.. nələr”. Tələbə deyir dərsə tələsirəm, işçi deyir işə tələsirəm. Peşman olursan ki, vaqonun qapıları açılanda içəri keçəsən. Bir də görürsən kiminsə qucağındasan. Arxadan kimsə var gücü ilə itələyir. Elə bil üzüm çəlləyindən üzüm əzir. Gəl ki, biri səhər ya sarımsaq yeyə, ya da ki içki içə onda, cəhənnəmdə hiss edirsən özünü. Vaqonların pəncərələri də açılımır. İydən boğulursan. Adamın ürəyindən maşinistə “qaqaş saxla, qapıları aç içərinin havası dəyişsin” demək gəlir. Növbəti stansiyaya qədər canın çıxmalıdı. Dözməlisən. İçəridə çoxdandı sözü verilən kondisioner də yoxdu. Gərçi olsa belə havanı dəyişdirə bilməyəcək. Əgər vaqon 60 nəfər üçün nəzərdə tutulubsa, ölkəmizə idxal olunanda o, 60-ı bizimkilər 160 edir. Çinli qardaşlarla görüşsəydik deyərdik ki, “ qardaş Azərbaycana göndərdiyiniz vaqonları elastik eliyin dəəə”. Vaqonlarda mədəniyyətimizdən bir sıra nümunələri də var. Misal üçün davakarlıq. Hər gün bir dava olmasa Bakı metrosu özünü günahkar hesab eliyər. Daha sonra vaqonların hər tərəfinə yapışdırılmış istər erotik, istərsə də tanışlıq və evləndirmə saytlarının adları, oğlan nömrələri, hətta “A+B= Love” kimi yazılar, tutacaqlara yapışdırılmış saqqızlar. Gedəcəyin yerə çatanda Allaha şükür edirsən. Amma di gəl ki, burada da düşə bilmirsən. Qapıların ağzında sərhəd çəkilir. Düşməyənlər düşmək istəyənlərə imkan vermirlər ki, düşsünlər. Çox vaxt o biri dayanacağa gedib, yenidən geri qayıdırsan.

Metroda ən təsirləndiyim hadisələrdən biri qoca dayının maşınist səhvi nəticəsində yerə yıxılması idi. Dayı oturacaqdan qalxıb düşmək istəyirdi ki, qatar anidən hərəkət etdi və durdu. Vaqonda sankı 7 bal gücündə zəlzələ baş vermişdi. Onsuzda ayaqda güclə durur və bunun üçün bir vasitədən-çəlikdən istifadə edirdi. Dayı yerə yıxıldı, eynəyi çatladı, bəlkə də başından zədə belə almışdı. Növbəti stansıyada endirib, digərinə mindirdik. Amma, bu hadisə mənim və bir çoxlarının yaddaşından çıxmayacaq.

Deyirlər, Bakı metrosundan 1 milyondan çox insan istifadə edir. Bəs necə metromuzun keyfiyyəti bizi qane edirmi?.

Əvvəllər metronun qiyməti 5 qəpik idi. Sonra dörd dəfə artırılaraq 20 qəpiyə artırıldı. Deyildi ki, metromuzda yeni texnologiyalar olacaq, istifadəçilərə daha keyfiyyətli xidmət göstəriləcək. Yeni texnologiya deyərkən nəzərdə tutulan plastik kartlaradan başqa bir şey olmadı. Nə zaman kart yükləmə aparatına yaxınlaşsan qarşısında 5-10 dəqiqə növbədə dayanmalısan. Səbəb bu apparatların sayının az qoyulmasındadır. Ən çox istifadə edilən metro stansiyalarından biri olan Koroğluda belə apparatlardan yalnızca üçü quraşdırılıb. Çox vaxt onlardan biri işləmir, o biri yalnızca qəpik qəbul edir, digəri isə yalnızca manatla işləyir. Növbəyə isə söz ola bilməz. Yeni vaqonların gətirilməsi də deyilmişdi. Amma yeni vaqonların əvəzinə köhnə vaqonlara yüngülvari düzəliş edilib yenidən istifadəyə verildi. Koroğlu stansiyasında WiFi-ın quraşdırılacağı deyilmişdi. Sizi əmin edirəm ki, WiFi-dan orada əsər-əlamət belə yoxdu. Qatarlar o dərəcədə köhnədir ki, iki stansiya arasında tez-tez dayanır. Bir sözlə əvvəl necə idisə, indi də elədir. Bakı metrosunun bir günlük gəlirini hesablasanız görərsiniz ki, bu gəlirlə nə qədər iş görmək olar. Yenicə istifadəyə verilmiş stansiyalar görünüş baxımdan tədqirəlayiqdir. Xidmət isə qənaətbəxş deyil. İlk növbədə isə xidmət əsas olmalıdır. Bu daha vacibdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub