Bakı metrosunda yenilik tətbiq olunur. Artıq gediş haqqını metro kartı olmadan da ödəmək mümkündür. Metro stansiyalarının turniketlərində yeni sistem quraşdırılıb. Həmin sistem istənilən bank kartı vasitəsilə (əmək haqqı kartı istisna olunmaqla) metrodan istifadə etməyə imkan verir.Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev milli.az-a açıqlamasında bildirdi ki, metroda nağd olmayan ödəniş sistemi tətbiq olunur. Gediş kartlarının yaxınlaşdırıldığı avtomatik nəzarət məntəqəsində (ANM) quraşdırılan cihaz vasitəsilə bank kartını toxundurub keçmək mümkündür. Yeni sistem metronun bütün stansiyalarında tətbiq olunur.