Bakı metrosunda Rəsulzadənin portreti ilə bağlı məsələyə aydınlıq gətirildi - FOTOLAR

Bakı metrosunda Rəsulzadənin portreti ilə bağlı məsələyə aydınlıq gətirildi -  FOTOLAR
Bütün Xəbərlər
15:45 01.05.2013
1832

Metropoliten nümayəndəsi məsələyə aydınlıq gətirib.

Bir sıra KİV-də Bakı metrosunun “28 may” stansiyasında M.Ə.Rəsulzadənin şəklinin kartonla örtülməsi və eyni zamanda divarlardakı bayraq, gerb və digər atributların dağıdılması ilə bağlı xəbərlər yayılıb. Metropolitenin baş mühəndisi Elbrus Muradov Lent.az-a açıqlamasında Rəsulzadəyə qarşı hörmətsizlikdən söhbət belə gedə bilməyəcəyini vurğulayıb. “Hazırda həmin stansiyada təmir işləri gedir. Üstü tozlanmasın deyə, Rəsulzadənin portretinin üstü örtülüb. Onun portreti niyə götürülməlidir ki? Təmirdən sonra portret yerində qalacaq”, - deyə E. Muradov əlavə edib.

OXŞAR XƏBƏRLƏR