Bakı metrosunda xarici vətəndaşla yerli sakin arasında mübahisə düşüb.
AZXEBER.COM-un verdiyi məlumata görə, mübahisəyə səbəb Bakı sakininin qaradərili əcnəbiyə qarşı irqçi hərəkətlər etməsi olub.
Buna qəzəblənən əcnəbi qatarda onu təhqir edən şəxsin üstünə cumub və onunla əlbəyaxa olub. Lakin ətrafdakı insanlar tərəfləri vaxtında ayıra bilib.
Hadisə yerində əcnəbi vətəndaşdan məlumat almaq istəsək də, o əsəbi olduğundan danışmaq istəmədi. Sonradan onun kot d’İvuarlı olduğunu öyrəndik. Bir neçə dəqiqə sonra sakitləşən afrikalı qatarı tərk etdi. Kot d’İvuarlını özündən çıxaran Rafiq adlı şəxs isə özünə belə haqq qazandırdı: “Qaradərili ilə zarafat etmək istəyirdim”. Yanındakılar Rafiqin içkili olduğunu bildirdi.