Bakı metrosunda problem yaranıb. Milli.Az-ın məlumatına görə, "Həzi-Aslanov" – "Dərnəgül" istiqamətində qatar işləmir. Artıq 10 dəqiqədir “İnşaatçılar” metrosunda sərnişinlər qatar gözləyirlər.Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayevMilli.Az-a bildirdi ki, həmin istiqamətdə hərəkət edən qatarlardan birində nasazlıq yaranıb. Həmin qatar xəttən çıxarılıb. Gecikmə də məhz bununla bağlıdır. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.Qeyd edək ki, son günlər metroda bu kimi hallar bir neçə dəfə baş verib.