Bakı sakini ‘Azərcell’ və ‘Bakcell’i məhkəməyə verir – FOTO FAKT

Bakı sakini ‘Azərcell’ və ‘Bakcell’i məhkəməyə verir – FOTO FAKT
Bütün Xəbərlər
11:31 06.12.2012
3443

Yasamal rayon Şıxəli Qurbanov küşəsi 17 saylı binanın 1 saylı mənzilində yaşayan Samirə Mirzəyeva “Azərcell telekom” və “Bakcell”i vətəndaşın icazəsi olmadan mobil-antenn ötürücüsü yerləşdirməkdə ittiham edib.  S.Mirzəyevanın sözlərinə görə, hər iki şirkət onun mənzilinin küçəyə tərəf olan balkonunda qanunsuz olaraq ümumilikdə 3 ədəd ötürücü yerləşdirib və bu zaman həmin binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində obyekt sahibi olan Vüqar Eyvazovla müqavilə bağlayıb: “Mobil ötürücülər güclü elektromaqnit dalğalarına malik olmaqla sağlamlıq üçün təhlükəlidir”. S.Mirzəyeva ötürücülərin quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən razılıq alınmadığını bildirərək Yasamal rayon məhkəməsinə müraciət edib: “İddiam 8 ay məhkəmədə süründükdən sonra hakim Zəfər Quliyev onu təmin etmədi. Həmin hakimə qədər isə iş Xəqani Tağıyevin icraatında olub. Hakim iddiamın təmin olunmamasında cavabdehin düzgün göstərilmədiyini əsas gətirdi. Yəni cavabdeh kimi “Azərcell” və “Bakcell” cəlb edilməli idi. Bundan başqa iş məhkəmə icraatında ola-ola ekspertizanın cavabı 5 ay ləngidildi”. “Azərcell Telekom”un nümayəndəsi isə məhkəməyə bildirib ki, ötürücü iddiaçı üçün heç bir təsir yaratmır: “Bundan başqa onun təsiri yol verilən həddən xeyli aşağı olduğundan iddiaçının onun mənzilindən aşağıda yerləşən qeyri-yaşayış sahəsinin çıxıntısında quraşdırılan ötürücünün mövcudluğuna dözmək vəzifəsi vardır”.  S.Mirzəyeva isə söylənilənlərin əksinə iddia edir ki, “Azərcell Telekom” MMC-nin nümayəndəsi ötürücülərin quraşdırılması üçün ETSN-dən də razılıq alındığını söyləsə də, nazirliyin Dövlət Dövlət Ekspertiza İdarəsi hələ bu ilin sentyabrında göstərilən ünvanda mobil baza stansiyalarının quraşdırılmasının nazirliklə razılaşdırılmadığını bildirib: “Hazırda həmin bina sakinləri mobil ötürücünün təsirindən əziyyət çəkir. Həmin ötürücülərin hər biri ayrılıqda 6 min mobil telefona elektromaqnit dalğası ötürür. Hətta binadakı gəmiricilər də bu təsirdən kütləvi şəkildə qırılırlar”. Şikayətçinin sözlərinə görə, noyabrın 13-də elan olunan məhkəmə qətnaməsinin surəti hələ də ona təqdim edilməyib. Buna görə də Apelyasiya şikayəti verməsi gecikir: “İddiamın təmin edilməməsində cavabdehin düzgün gəstərilmədiyi əsas gətirilirdi. Yəni mağasa sahibi olan Vüqar Eyvazov yox, “Azərcell” və “Bakcell” cavabdeh qismində işə cəlb edilməli idi. Əgər mən bunu etməmişəmsə, məhkəmə onları cavabdeh qismində işə cəlb edə bilərdi. Hazırda Apelyasiya şikayəti vermək üçün məhkəmə qərarının surətini gözləyirik”. //Aznews.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu