Bakı sakini naməlum şəraitdə bıçaqlandı

Bakı sakini naməlum şəraitdə bıçaqlandı
Bütün Xəbərlər
08:44 26.11.2012
769
Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Hadisə Şərifzadə küçəsi, metronun İnşaatçılar stansıyanın çıxışının qarşısında meydana gəlib. Məlumata görə, 34 yaşlı Bakı şəhər sakini Səfərov Telman Nemət oğluna naməlum şəxs və ya şəxslər tərəfindən bir neçə bıçaq zərbəsi endirilib. Ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılan Telman Səfərovun həyatı həkimlər tərəfindən xilas edilib.
OXŞAR XƏBƏRLƏR