Bu gün Bakı şəhərində bədbəxt hadisə baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AZXEBER.COM-a verilən məlumata görə, Səbail rayonu Bayıl qəsəbəsində 9 mərtəbəli binada aparılan söküntü işləri zamanı yoldan keçən bir qadının başına daş düşüb. Məlumata görə, 37 yaşlı Ətrafə Taryel qızı Alışova (1974-cü il təvəllüdlü) huşsuz vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.1 saylı Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Teyyub Alışovun ANS PRESS-ə verdiyi məlumata görə, zərərçəkəndə beyin silkələnməsi olub. "Hazırda qadının vəziyyəti orta ağırdır. Həyatı üçün elə bir təhlükə yoxdur", - deyə Teyyub Alışov bildirib.