Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO
SOSİAL
21:46 11.06.2026
226
Paytaxtdan Sumqayıt istiqamətində hərəkət edən sərnişinlərin bir çoxu mənzil başına rahat və ən əsası tıxacsız çatmaq üçün qatardan istifadə edirlər. Amma artıq 10 aydır ki, bu istiqamətdə olan qatar xətti Xırdalana qədər işləyir. Sumqayıta gedən xətt bağlanıb.

Bu səbəb elə sərnişinlərə də qaranlıqdır.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, sərnişinlər bildirirlər ki, uzun müddətdir paytaxtdan sadəcə Xırdalana qədər qatarla hərəkət edə bilirlər. Sumqayıta getmək üçün yenidən başqa nəqliyyat vasitələrindən istiafdə edirlər ki, bu da əlavə xərc və əziyyətdir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, qatarların istiqamətinin Sumqayıta qədər işləməməsinn səbəbi həmin istiqamətdə aparılan təmirdir.

OXŞAR XƏBƏRLƏR