Bakı Tennis Akademiyasında yanğın

Bakı Tennis Akademiyasında yanğın
Bütün Xəbərlər
13:20 25.05.2012
1227
Bakı Tennis Akademiyasının İdman Kompleksində yanğın olub. 
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Binəqədi rayonundakı kompleksin 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan sauna otağının lambirin və taxtadan ibarət üzlükləri 12 kv.m sahədə yanıb. Saunanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 06:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR