Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisindəki sex yanır

Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisindəki sex yanır
Bütün Xəbərlər
12:41 26.02.2014
971
Bakıda sexdə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisindəki sexdə meydana gəlib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR