Bakıda 10 aşırımlı yol ötürücüsü istifadəyə verilir - FOTOLAR
Bütün Xəbərlər
10:57 16.05.2013
1390
Bakının Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi başa çatmaq üzrədir.Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nın mətbuat xidmətindən verilən məlumata görə, tikintisinə 2011-ci ilin fevral ayında başlanılan yol ötürücüsünün uzunluğu 600 m, eni 28,5 m, yanaşma yolları 272 m, aşırım hissəsinin uzunluğu isə 328 m təşkil edir.3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolötürücüsü 10 aşırımdan ibarətdir.Ümumilikdə işlərin 90 faizi artıq yerinə yetirilib. Yanaşma yolları istisna olmaqla, yol ötürücüsündə tikinti işlərinin yaxın 1-2 ay ərzində başa çatdırılması planlaşdırılır.//anspress