Bakıda 12 yaşlı uşaq su kanalında batdı

SOSİAL
10:20 07.07.2021
244
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 uşaq su kanalında batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, su kanalında batan şəxsin meyiti çıxarılıb.

Belə ki, 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun axtarışları başa çatıb.

Ə.İsmayılzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR