Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər

SOSİAL
11:03 19.11.2019
7101
Ötən gecə Bakıda döyülmə faktı qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə saat 22 radələrində Binəqədi rayon, 1-ci mədəndə baş verib.

Evinin yaxınlığında döyüldünü deyən 2004-cü il təvəllüdlü Əliyeva Zeynəb Şahvələd qızı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ona alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.

OXŞAR XƏBƏRLƏR